16 fevral 2015 17:30

Sumqayıt bəyanat yaydı

"Sumqayıt" Futbol Klubu rəsmi saytı vasitəsilə bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:

"Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək ailəsinin yaşadığı Rusiyaya yola düşüb. Adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə məlumat verməyib. Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb.

Klubu olaraq bu cür halları pisləyirik. Futbolçu və onu təmsil edən tərəflər "Sumqayıt" FK ilə müvafiq qaydada bu məsələni tezliklə həll etməyəcəyi təqdirdə, klubumuz aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək.

Qeyd edək ki, Təvəkkül Məmmədovun 02.06.2014-cü ildə "Sumqayıt" FK ilə imzalanmış müqaviləsi 31.05.2016 tarixinədək qüvvədədir. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FİFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.

Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, "Sumqayıt" Futbol Klubu yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FİFA) şikayət vermə hüququna malikdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.