16 fevral 2015 14:45
Topaz Premyer Liqasında 23-cü turun oyunlarının başlama saatları
Topaz Premyer Liqasında 23-cü turun oyunlarının başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə - fevralın 19-da keçiriləcək.
Tura saat 15:00-da başlayacaq və "AZAL Arena"da keçiriləcək AZAL - "İnter" matçı ilə start veriləcək.
17:00-da "Qəbələ" öz meydanında "Xəzər Lənkəran"ı, "Simurq" isə Zaqatalada "Sumqayıt"ı qəbul edəcək.
Turun mərkəzi oyunu - "Neftçi" - "Qarabağ" görüşü isə saat 19:00-da start götürəcək və "Bakcell Arena"da baş tutacaq.
