16 fevral 2015 14:30
Dmitri Kraramenkonun komandası Əfsanələr Kubokunda üçüncü oldu
Moskvada veteran futbolçulardan ibarət komandalar arasında keçirilən "Əfsanələr Kuboku" başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Dmitri Kramarenkolu "Ulduzlar yığması" turniri üçüncü yerdə başa vurub.
Üçüncü yer uğrunda oyunda Hollandiya yığması ilə qarşılaşan Dimanın komandası 7:4 hesabıyla qalib gəlib.
Qeyd edək ki, turnirin qalibi adını Portuqaliyaya 8:7 hesabıyla qalib gələn Rusiya yığması qazanıb.
