16 fevral 2015 14:15
Xəzər adaları Kayratla yoxlama oyunu keçirəcək
Bu gün Azərbaycanın "Xəzər adaları" futzal klubu Qazaxıstan çempionu "Kayrat"la yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən komandanın dəvəti ilə Bakı klubu bir neçə gün öncə Qazaxıstana səfərə yollanıb.
Qarşılaşma Bakı vaxtı ilə 19:30-da start götürəcək.
Qeyd edək ki, sabah bu klublar daha bir yoxlama oyunu keçirəcəklər.
