16 fevral 2015 14:00

Əfran İsmayılov: Bakının oyunçuları mənə dedi ki, ciblərində pul yoxdur

"İnter"in yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- "Bakı" üzərində 4:0 hesablı qələbənizlə bağlı nə deyə bilərsiniz?
- Belə komandalara qarşı oyunlara psixoloji cəhətdən hazırlaşmaq çətin olur. Amma bizə qələbə qazanmaq və xal ehtiyatımızı artırmaq vacib idi. Avrokuboklarda oynamaq üçün qələbə qazanmağa borclu idik. Fikrimcə, bu, bizdə yaxşı alındı.

- Bu, sizin "İnter"də ilk rəsmi oyununuz idi...
- "İnter"in yoxlama oyunlarında oynamışdım, qol da vurmuşdum. Şadam ki, ilk rəsmi oyunumda dubla imza atdım. Üzərimdə çox çalışıram. Əvvəlki səviyyəmə qayıtmaq istəyirəm. Bununla kifayətlənməyəcəyəm. Bundan sonrakı oyunlarda da özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.

- Keçmiş komandanızın qapısına iki qol vurdunuz...
- Əlbəttə, sabiq klubumun belə vəziyyətə düşməsi üzücüdür. "Bakı"dakı uşaqlarla söhbət etdim və mənə dedilər ki, onların hətta ciblərində pulları da yoxdur. Klubun o cür rəhbərliyi, infrastrukturu var, amma belə problemlərlə üz-üzədirlər. Bu, məni məyus edir. Ümid edirəm ki, "Bakı"nı da əvvəlki səviyyəsinə qaytara biləcək biri tapılacaq.

- Turnir cədvəlindəki mövqeyinizlə bağlı nə deyə bilərsiniz?
- Hazırda "Qarabağ" liderdir və onlar buna layiqdirlər. Biz isə "Neftçi"ni 3 xal qabaqlayarıq. Bu da bizim arxayınlaşmağımıza imkan vermir.

- Mövsümün sonunda da ikinci yerdə qalsanız, bu, komanda üçün uğur sayılacaq?
- Bəli. Komanda avrokuboklara vəsiqə qazanmaq istəyir. Əgər sonda gümüş medalları da əldə edə bilsək, bunu uğur saymaq olar. Amma bunun üçün hələ çox çalışmalıyıq. Çünki rəqiblərimiz də buna imkan verməmək üçün əllərindən gələni edəcəklər. Bizi ikinci pillədən sıxışdırmağı arzulayanlar az deyil.

- Yığmanın fevral toplanışına dəvət almamısınız?
- Eşitmişəm ki, çağırmaq istəyirlər. Amma rəsmi dəvət elan olunmayıb. Əgər çağırsalar, gedəcəyəm. Dəvət almasam da, klubumda öz üzərimdə daha çox çalışacağam ki, sonrakı toplanışlara çağırılım. Seçmə mərhələnin Malta ilə oyununa dəvət alanlar arasında olmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.