16 fevral 2015 11:45

Kapsa dayandı, Popoviç irəliləyir

Topaz Premyer Liqasının 22-ci turu “Simurq”un qapıçısı Pavel Kapsanın “quru” seriyasının qırılması ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, 2015-ci ilin əvvəlki 3 oyununda qol buraxmayan polşalı “Qarabağ”la matçın 21-ci dəqiqəsində topu qapısında görüb.

Reynaldo Silvanın qoluna qədər “Xəzər Lənkəran” (2:0), “Neftçi” (0:0) və “Qəbələ” (2:0) ilə qarşılaşmalarda qapısını toxunulmaz saxlayan Kapsanı sonuncu dəfə “Bakı” məyus etmişdi. Ötən il dekabrın 22-dəki matçın (5:2) 70-ci dəqiqəsində Nurlan Novruzov fərqlənmişdi. Pavel 311 dəqiqədən sonra qol buraxıb.

Kapsanın seriyası qırıldıqdan sonra 2015-ci ildə qol buraxmayan yeganə komanda “Sumqayıt”dır. Andrey Popoviç “İnter”, “Bakı” və AZAL-la görüşlərdə qapısını toxunulmaz saxlamaqla 0:0 hesablı heç-heçələrdə rol oynayıb. 18-ci turun “Qarabağ”la matçında (0:2) iştirak etməyən qolkiper sonuncu dəfə ötən il dekabrın 18-də “Qəbələ” ilə görüşdə (1:1) qapısında qol görmüşdü. Cavid Hüseynovun 86-cı dəqiqədəki qolundan sonra Popoviç 274 dəqiqəlik “quru” seriyaya malikdir.

Qeyd edək ki, mövsümün rekordu Səlahət Ağayevə məxsusdur. “İnter”in qapıçısı qapısını 535 dəqiqə toxunulmaz saxlayıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.