16 fevral 2015 11:30

Qarabağ 5-ə, Sumqayıt 3-ə çatdı

“Sumqayıt” Topaz Premyer Liqasında ardıcıl 3-cü dəfə heç-heçəylə kifayətlənib. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun yetirmələri 2015-ci ildə keçirdiyi bütün qarşılaşmalarda qolsuz heç-heçəyə nail olub.

“İnter” və “Bakı”nın ardından AZAL-la da qarşılaşmadan qol vurmadan, 1 xalla ayrılan sumqayıtlılar klub tarixinin ən uzun bərabərlik seriyasını təkrarlayıb. 2012-ci ilin payızında da ardıcıl 3 dəfə heç-heçə edən “Sumqayıt” “Kəpəz” (0:0), “Xəzər Lənkəran” (1:1) və “İnter”lə (0:0) qarşılaşmalarda 1 xal əldə etmişdi.

Qeyd edək ki, mövsümün ən uzun heç-heçə seriyası “İnter”ə məxsusdur – 5 oyun. Bakılılar mövsümün ilk yarısında əvvəl 1:1, ardınca isə 4 dəfə 0:0 hesablı heç-heçəyə imza atıb.

“Qarabağ” Topaz Premyer Liqasında mövsümün rekordunu təkrarlayıb. Qurban Qurbanovun yetirmələri 22-ci turda “Simurq”u 1:0 hesabı ilə məğlub edərək, uğurlu seriyanı 5-ə çatdırıb. 2014-cü ilin sonunda “Xəzər Lənkəran”ı 3:2, “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu il xal itirməyib. “Bakı”nı 4:1, AZAL-la “Simurq”un hər ikisini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” çempionatın I dövrəsində imza atdığı 5 oyunluq qələbə seriyasını təkrarlayıb. Çempionatın lideri sonuncu dəfə ötən il dekabrın 14-də “Qəbələ” ilə səfər oyununda xal itirib – 1:2. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.