16 fevral 2015 11:15

Flavinyo: Qarabağın liderliyi əldən verəcəyinə düşünmürəm

"Neftçi"nin yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi

- Qış fasiləsindən sonra uğursuz çıxış edən "Qəbələ" ilə "Neftçi"nin öz aralarındakı oyunda 4 qol vurması nə ilə bağlıdır?
- Komanda çox dəyişib. Mənə elə gəlir ki, "Qəbələ" bir qədər qapalı futbol oynayırdı. Bu gün isə onlar açıldılar, beş yarımmüdafiəçi ilə oynayırdılar. Məncə, baxımlı futbol alındı. Hər iki komandanın qələbə qazanmaq şansı var idi.

- "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- Onlardan 10 xal geri qalırıq. Ona görə də mütləq qələbə qazanmalıyıq ki, intriqa yaransın. Düşünmürəm ki, "Qarabağ" ardıcıl 3-4 oyunda uduzub, bizim onları qabaqlamağımıza imkan versin. Amma istənilən halda mübarizə aparmalıyıq.

- Yəni, siz "Qarabağ"ı çempion görürsünüz?
- Xeyr, sadəcə, "İnter" onlara bizdən daha yaxındır. Bizim də oxşar şansımız var idi. Amma AZAL-a uduzduq, digər görüşlərdə xallar itirdik. "Qarabağ" və "İnter" isə itkisiz irəliləyir.

- Hansı komanda çempionluğa layiq oyun sərgiləyir?
- Bunu müzakirə edə bilmərəm. Fikrimcə, "İnter"in də çempion olmaq şansı var. "Qarabağ"ın da qarşıda çətin oyunları var. Amma onlar belə oynamağa davam etsələr, çətin olacaq.

- Qəbələdə oynayan futbolçular həmişə burada oskigen çatışmazlığından gileylənirlər...
- Elədir. Boliviyadakı stadionlara oxşayır. Beş ildir bura gəlirəm və hələ də alışa bilməmişəm.

- Çempionatımızın səviyyəsinin aşağı düşdüyü barədə fikirlərlə razısınız?
- Mənfi məqamlardan biri "Araz Naxçıvan"ın çempionatı tərk etməsi oldu. Komandalar onsuz da az idi, hazırda isə doqquzu qalıb. Deyilənə görə, növbəti mövsümdən klub sayı artacaq. Mənə elə gəlir ki, yerli futbolçuların səviyyəsi qalxıb. Amma klub sayı artmalıdır ki, maraq da böyük olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.