16 fevral 2015 00:40

Elnur Məmmədov: Bu, təxribat xarakterli sualdır

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ" ilə oyun barədə nə deyə bilərsiniz?
- Qış fasiləsindən sonra oyunumuz o qədər də uğurlu alınmırdı. Amma "Xəzər Lənkəran" üzərində qələbə dönüş nöqtəsi oldu. Artıq ardıcıl iki oyundur qələbə qazanırıq. Bu tempdə davam etməyə çalışacağıq. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Çünki Premyer Liqada asan rəqib yoxdur. İstənilən komandadan sürpriz gözləmək olar. Həm də liderlər üçün turnir cədvəlinin alt pillələrində qərarlaşan komandalarla oyunlara köklənmək bir qədər çətin olur.

- "Neftçi" "Qarabağ"a çata biləcək?
- Xal fərqini azaltmağa çalışırıq. Hazırda 10 xallıq fərq var. Bu, az fərq deyil. Amma bizim AZAL ilə ehtiyatda oyunumuz var. Ayın 19-da keçiriləcək "Qarabağ"la oyunumuz isə daha vacibdir.

- İlk hissədən sonra paltardəyişmə otağına yollandınız. Orada komanda üzvlərinə nə dediniz?
- Bu, bir qədər təxribat xarakterli sualdır. Əsas odur ki, komanda ondan sonra toparlandı və ikinci hissədə öz oyununu göstərdi.

- Ernest Nforla Araz Abdullayev əvəzedici komandaya göndərildi, sonra geri qaytarıldı. Sizə elə gəlmir ki, bunlar qeyri-ciddi addımdır? Həm də bu gün biz gördük ki, "Neftçi" güclü oynamadı, sadəcə, "Qəbələ" zəif çıxış etdi...
- Media həmişə oyunçuların intizam məsələlərini qabardır. Əgər hansısa futbolçu məşq və oyunlar zamanı istək nümayiş etdirmirsə, buna görə cəzalanmalıdır. Əvəzedici komandaya göndərilmək də ən yaxşı variantlardan biridir. Həm formasını bərpa edir, həm də öz üzərində çalışır. Nfor əvəzedici heyətdə özünü yaxşı tərəfdən göstərdi, iki qol vurdu. Baş məşqçi ilə danışdı və hazır olduğunu bildirdi.

- Oyundan öncə bildirilirdi ki, "Neftçi" Qəbələdə uduzsa, Arif Əsədov istefaya göndəriləcək...
- "Neftçi" üzərində həmişə məlum təzyiqlər olub. Belə söhbətlərdə də qəribə heç nə yoxdur. Bunlar az qala hər oyundan öncə səsləndirilir.

- "Neftçi" azarkeşləri komandadan uğur gözləyir. Siz onlara nə söz verə bilərsiniz?
- Maraqlı sualdır. Amma səndən asılı olmayan bir şeyə görə söz vermək çətindir. Futbolda heç nəyə zəmanət verə bilməzsən. Lakin biz qarşıya qoyulan məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.