16 fevral 2015 00:20
Flavinyo: Qarabağla çempionluq uğrunda mübarizə aparmaq çətin olacaq
"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qəbələ" üzərində qazandıqları qələbədən danışıb. Azerisport.az saytına açıqlamasında o, 3:1 hesablı qələbəni belə şərh edib:
"Qəbələdə oynamaq mənim üçün çətindir. Çünki burada oskigen çatışmır. Amma şadam ki, vacib qələbə qazandıq. İki ardıcıl qələbə qazanmağımıza baxmayaraq, "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq çətindir. Onlar bizi 10 xal qabaqlayırlar. AZAL-a məğlubiyyət bizim planlarımızı korladı. Xal arasındakı fərqi azaltmaq çox çətin olacaq".
