15 fevral 2015 17:30
Rail Məlikov 90 dəqiqə oynadı
Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Altınordu" ilə qarşılaşıb. Oyun Məlikovun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail qarşılaşmanın ilk dəqiqələrindən sonadək meydanda olub.
Qeyd edək ki, "Dənizlispor" hazırda 17 xalla 16-cı pillədə qərarlaşıb.
