15 fevral 2015 12:30
Məhəmməd Mirzəbəyov: Belə qollar vurmaq heç əksər hücumçulara nəsib olmur
"İnter"in müdafiəçisi Məhəmməd Mirzəbəyov Azərbaycan yığmasından dəvət gözləyir. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Yığmaya çağırılmağımla bağlı mənə hələ heç bir söz deyilməyib. Yaşayarıq, görərik. Mənim işim oynamaq və özümü göstərməkdir. Çox şadam ki, "Xəzər Lənkəran"la səfər oyununda özümü göstərə bildim. Hamı bilir ki, Lənkərandakı oyunlar həmişə çətin alınır. Onların gənc futbolçuları çox çalışdılar. Amma biz öz səviyyəmizi göstərərək çox vacib qələbə qazandıq. Vurduğum qola gəlincə, müdafiəçinin fərqlənməsi normaldır. Çünki hücumlara biz də qoşuluq və belə şanslar ələ düşür. Düzünü deyim ki, belə qol vuracağımı gözləmirdim. Belə qol vurmaq heç əksər hücumçulara nəsib olmur".
