15 fevral 2015 01:05
Emil Balayevsiz Ayntraxtdan qələbə
Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt klubu doğma meydanda "Şalke" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Balayevin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Ayntraxt" hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.
