15 fevral 2015 00:55
İsrafilovsuz Qranadadan xal itkisi
İspaniya La Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Atletik"lə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0. Eddi isə qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 19 xalla 19-cu sırada qərarlaşıb.
