15 fevral 2015 00:35
Kramarenkonun komandası Portuqaliyaya uduzdu, İtaliyaya qalib gəldi
Moskvada veteran futbolçulardan ibarət komandalar arasında Əfsanələr Kubokuna start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun heyətində yer aldığı "Ulduzlar yığması" ilk oyununda Portuqaliya ilə qarşılaşıb və 5:11 hesabı ilə uduzub.
Bu komanda növbəti matçında isə İtaliyaya 9:3 hesabıyla qalib gəlib. Bu nəticələrdən sonra "Ulduzlar yığması" qrup ikincisi olub.
Bu gün final oyununda Portuqaliya və Rusiyanın veteranlarından ibarət yığma komandaları qarşılaşacaq. Kramarenkonun komandası isə üçüncü yer uğrunda Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
