15 fevral 2015 00:15

Topaz Premyer Liqasında 22-ci tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün matçları eyni günə təsadüf edəcək turun 2 qarşılaşması Bakıda, 2-si paytaxtdan kənarda baş tutacaq. Bu dəfə “Xəzər Lənkəran” istirahət edəcək.

Öncə “Sumqayıt” AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümdə rəqibinə 2 dəfə qalib gələn "təyyarəçilər" (səfərdə 1:0, evdə 3:2) son 4 matçda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 5 ev oyununda cəmi 1 dəfə qalib gələ bilib. Əvvəlki 14 oyundan yalnız 3-də Sumqayıt təmsilçisi qələbə qazanıb. 5 görüşdə heç-heçə qeydə alındığı halda, 6 qarşılaşmada da paytaxt klubu 3 xalı bayram edib. Top fərqi də AZAL-ın xeyrinədir - 22:16. Mövsümə fırtına kimi başlasa da, sonradan uğurlu çıxışını davam etdirə bilməyən Aqil Məmmədovun komandası üçün doğma meydan amili əsas üstünlük sayıla bilər. Tərlan Əhmədovun çalışdırdığı qonaqlar isə qış fasiləsindən sonra "Neftçi" və "Qəbələ" üzərindəki qələbələrin davamını "Qarabağ"la görüşdə gətirə bilmədi və bu məğlubiyyətin əvəzini Sumqayıtda çıxmağa çalışacaq.

Daha sonra “İnter” “Bakı” ilə üz-üzə gələcək. Paytaxt klublarının əvvəlki duellərində "Bakı" 13, "İnter" 18 dəfə qələbəyə sevinib. Daha 9 qarşılaşmada tərəflər meydanı sülhlə tərk ediblər. Top fərqi də bank təmsilçisinin xeyrinədir - 43:31. 3 ildir paytaxt derbisində qalib gəlməyən “Bakı” ardıcıl 12 matçdır 3 xal qazanmır. Son 3 görüşdə isə “İnter” qol buraxmadan qalib gəlib. Bu mövsüm baş tutan görüşlərdə Kaxaber Sxadadzenin komandası öncə 7:0, səfərdə isə 1:0 hesablı qələbəyə sevinmişdi. Maliyyə problemləri içində çabalayan, gənclərin ümidinə qalan "zolaqlılar"ın bu dəfə də sürprizə imza atması inandırıcı görünmür. Liderin əsas izləyicisi isə qarşılaşmanın favoritidir.

Lider "Qarabağ"ın digər izləyicisi “Neftçi” isə bu tur səfərdə “Qəbələ” ilə qarşılaşacaq. “Qəbələ” son 4 ev oyununda “Neftçi”yə qalib gələ bilməyib. Komandaların cari mövsümdəki görüşlərində qol vurulmayıb. Hər iki oyun 0:0 hesabıyla başa çatıb. Paytaxt təmsilçisi son 3 qarşılaşmada qələbə qazanmayıb. Əvvəlki 26 oyundan yalnız 7-də "Qəbələ" qalib gəlib. 12 qarşılaşmada isə "Neftçi" 3 xala sahib çıxıb. Qalan 7 görüşdə də tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir - 35:23. Qış fasiləsindən sonra uğursuz çıxışıyla diqqət çəkən Roman Qriqorçukun komandası əsas rəqiblərindən biri ilə dueldə qara zolaqdan çıxmağa çalışacaq. Son turda "Xəzər Lənkəran" üzərində inamlı qələbəyə sevinən "ağ-qaralar" isə eyni uğuru səfərdə də təkrarlamaq istəyindədir.

Son çempion “Qarabağ”ı “Simurq” ilə ev oyunu gözləyir. Qış fasiləsindən sonra uğurlu çıxışı ilə seçilən komandaların duelinə maraq böyükdür. Turun mərkəzi oyununda Ağdam klubu favorit sayılsa da, Zaqatala təmsilçisinin asanlıqla təslim olmayacağı dəqiqdir. Əvvəlki oyunlarda “Qarabağ” qələbə sayında (7-6), “Simurq” isə top fərqində (17:16) öndədir. Daha 9 qarşılaşmada heç-heçə qeydə alınıb. Ağdam təmsilçisi bu mövsüm baş tutan son 2 qarşılaşmada qalib gəlib (evdə 1:0, səfərdə 3:2). Zaqatalalılar isə son 4 səfər matçında qol vurmayıb. Ümumiyyətlə, “Qarabağ”ın meydanındakı bu 4 qarşılaşmada cəmi 1 qol qeydə alınıb.

Topaz Premyer Liqası
22-ci tur

15 fevral (bazar)

“Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Səfər Haşımov.
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.
 
“İnter” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “İnter Arena”, 17:00.

“Qarabağ” – “Simurq”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Tofiq Bəhrəmov adına Respublika stadionu, 18:00.

“Qəbələ” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu, 18:00.
 

1Qarabağ18124234-1840
2İnter1889128-833
3Neftçi1886422-1430
4Simurq1984729-2228
5AZAL1865721-2723
6Qəbələ1957721-2722
7Xəzər Lənkəran1955923-2620
8Sumqayıt1845919-2717
9Bakı19251214-4211
10Araz Naxçıvan00000-00

Bombardirlər:
10
- Nurlan Novruzov ("Bakı").
9 - Draqan Çeran ("Simurq").
8 - Mikel Alvaro (“İnter”).
7 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Rəşad Eyubov ("Simurq").
6 - Franko Nildo ("İnter"), Cavid Hüseynov ("Qəbələ").
5 - Freddi Mombonqo (AZAL), Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ"), Rəşad Abdullayev (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.