14 fevral 2015 15:10
Qara Qarayev: Simurq Premyer Liqada son dövrlərin ən yaxşısıdır
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Simurq"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi maraqlı oyun gözləyir. Asan olmayacaq. "Simurq" Premyer Liqada son dövrlərin ən yaxşı komandasıdır. Oyun planında biz tam hazır deyilik. Ona görə də əvvəlki kimi parlaq oyun sərgiləyə bilmirik. Fikrimcə, zaman keçdikcə hər şey qaydasına düşəcək".
