14 fevral 2015 14:00
Anar Bəkirov: Gənclərin maaşına limit qoyulması həm onlara, həm də klublara faydalı olacaq
"Simurq"un prezidenti Anar Bəkirov gənc futbolçuların maaşına limit qoyulması barədə təklifə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizdə elə futbolçular var ki, Klublar Komitəsinin müəyyənləşdirdiyi maksimum məbləğdən artığını alırlar. Növbəti mövsümdə isə İcraiyyə Komitəsi bu barədə qərarı təsdiqləsə, belə hallar müşahidə olunmayacaq. Fikrimcə, bu yenilik həm futbolçulara, həm də klublara faydalı olacaq. 19 yaşlı futbolçuya 50 min ödəmək düzgün deyil. Əgər daha artığını qazanmaq istəyirlərsə, onda qoy üzərlərində işləsinlər".
