14 fevral 2015 12:00
Arif Əsədov: Qəbələ ilə oyunda növbəti 3 xalımızı qazanmaq istəyirik
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dünən Bakıdakı hazırlığımızı tamamladıq. Bu gün Qəbələdə daha bir məşqə çıxıb, oyun saatını gözləyəcəyik. Hər şey qaydasındadır. Mirhüseyn Seyidov zədədən sonra sıraya qayıdıb. Komandada yaxşı atmosfer var. Xüsusilə də "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra. "Qəbələ" ilə oyunda növbəti 3 xalı qazanmaq istəyirik".
