14 fevral 2015 11:30
Nazarovsuz Karlsruedən daha bir qələbə
Almaniya ikinci Bundesliqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Heydenheym"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:0 hesablı qələbəsiylə başa çatıb. Nazarov bu görüşdə meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Karlsrue" hazırda 37 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
