14 fevral 2015 11:00
Toğrul Erat komandasını məğlubiyyətdən xilas edə bilmədi
Almaniya ikinci Bundesliqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi doğma meydanda "Erzqebirge" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat bu görüşün 70-ci dəqiqəsində meydana çıxsa da, komandası sadəcə, hesab arasındakı fərqi minimuma endirməyə nail ola bilib.
Qeyd edək ki, "Fortuna" hazırda 32 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
