14 fevral 2015 00:20
Tuyqun Nadirov: İstəyirik ki, teleyayım hüququ klublara verilsin
AFFA-nın klublar komitəsinin rəhbəri Tuyqun Nadirov hesab edir ki, teleyayıma Premyer Liqada iştirak edən komandalar özləri nəzarət etməlidirlər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Teleyayım hüququnun klublara verilməsini istəyirik. Həm də bunu kiməsə pulsuz vermək istəmirik. Ya kanallar buna görə pul ödəyəcəklər, ya da bu hüququ heç kimə verməyəcəyik. Azarkeşləri futbolsuz qoymamaq üçün internet vasitəsilə yayım təşkil etmək olar. Peşəkar Futbol Liqası və Topaz ilə müzakirələrdən sonra bu məsələni qaldıracağıq".
