14 fevral 2015 00:15
Mahir Şükürov qol vurdu, komandası 1 xal qazandı
Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti sınağına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Osmanlıspor"la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə oynayıb. "Karşıyaka"nın yeganə qolunu 5-ci dəqiqədə məhz Şükürov vurub.
Qeyd edək ki, "Karşıyaka" hazırda 30 xalla 5-ci pillədə qərarlaşıb.
