13 fevral 2015 20:20

Azərbaycanda oyunçuların maaşlarına limit qoyulacaq

Xəbər verdiyimiz kimi, bu gün “Hilton” otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda ölkə futbolunun həlli vacib problemləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov müzakirə olunan məsələlərlə bağlı bunları söyləyib: "Gənc futbolçuların maksimum maaşı ilə bağlı təkliflərin hazırlanmasını müzakirə etdik. Bölgə klublarında çıxış edən 21 yaşadək gənclər 35 min manatdan artıq pul qazana bilməzlər. Bakı klublarının gəncləri üçün isə 30 min manatlıq maaş nəzərdə tutulub. 23 yaşadək futbolçular üçün isə müvafiq olaraq 60 və 50 minlik hədd müəyyənləşdirildi. Bu variant ona görə səsləndirildi ki, futbolçular klub seçimi edərkən bölgə komandalarını seçməsi üçün də müəyyən stimul olsun. Amma bu, hələ bizim seçimimizdir və AFFA İcraiyyə Komitəsində təsdiqlənməsi lazımdır.

İclasda AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayev də iştirak edirdi. Məmmədovla UEFA-nın qadınlardan ibarət komanda yaratmaq tələbini müzakirə etdik. Bunu etməsək, heç bir kluba lisenziya verilməyəcək. PFL prezidenti isə bizi Topaz Premyer Liqasının oyunlarının teleyayımı ilə bağlı qərarımızda dəstəkləyəcəyini bildirdi. Bundan başqa da xeyli məsələ müzakirə olundu".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.