13 fevral 2015 19:10
Elxan Məmmədov: Şaxtyorun millimizlə hansı heyətlə oynayacağını deyə bilmərəm
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasının Ukraynanın "Şaxtyor" klubuna qarşı keçirəcəyi yoxlama oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq bu yoxlama oyununun keçirilməsi ilə bağlı Donetsk "Şaxtyor"undan təsdiq cavabını almışıq. Amma onların yığmamıza qarşı hansı heyətlə oynayacağını deyə bilmərəm. İstənilən halda bu rəsmi yox, yoxlama oyunudur. Bu, millimizin Malta ilə seçmə mərhələsinə hazırlaşmasına kömək edəcək".
