13 fevral 2015 18:45
Elxan Məmmədov: Kazaryanın Bakıya gəlişində problem olmayacaq
AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın U-17 yığmasının heyətində Bakıya gələcək erməni futbolçu David Kazaryanla bağlı heç bir problem olmadığını dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"David Kazaryan Rusiya vətəndaşıdır. Onun Azərbaycana gəlişində heç bir problem olmayacaq. Biz artıq lazımlı orqanlara da məlumat vermişik ki, Rusiya yığmasının heyətində erməni əsilli futbolçu gələcək. Bunun üçün əlavə təhlükəsizlik tədbirləri də görüləcək ki, bu məqsədlə biz də lazımlı instansiyalara xəbər göndərmişik".
