13 fevral 2015 18:00
Eriksson Qurbanovun yolunu açdı
Xorvatiyanın "Hayduk" klubu Azərbaycan millisinin və "Neftçi"nin hücumçusu Ruslan Qurbanovun transferini bu həftənin sonunadək yekunlaşdıracaq. Azerisport.az xəbər verir ki, Split təmsilçisi 23 yaşlı oyunçunu Fil Dişi Sahilindən olan Jan Evrard Kuassiyə əvəzedici kimi transfer edir.
O, 2 milyon avro qarşılığında Çinin "Şanxay" klubuna keçir. Hansı ki, həmin komandanı tanınmış mütəxəssis Sven Qoran Erikkson çalışdırır.
