13 fevral 2015 17:00
Arif Əsədov: Qurbanovun gedişi bizim üçün itkidir
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Ruslan Qurbanovun Xorvatiyanın "Hayduk" klubuna icarəyə verilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir tərəfdən şadam ki, komandamızın üzvü Xorvatiya klubuna keçir. Digər tərəfən də belə bir hücumçunu itirdiyimizə görə təəssüflənirəm. Mən komandaya gələndən sonra onu tez-tez meydana buraxırdım. Qurbanov da öz növbəsində özünü yaxşı tərəfdən göstərməyi bacarırdı. Onun gedişi "Neftçi" üçün itkidir. Klubumuzun strategiyası ondan ibarətdir ki, gənc oyunçulara yol açmalıyıq. Heç kimin qarşısını kəsməyəcəyik".
