13 fevral 2015 16:30
Sumqayıtda 2 yeni futbolçu
Əvəzedicilərin çempionatında növbəti turda doğma arenada AZAL-la qarşılaşcaq "Sumqayıt"ın əvəzedici komandası iki futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, akademiyanın üzvü 1999-cu il təvəllüdlü Ərziman Rizvanov və son olaraq AZAL-da çıxış etmiş 1994-cü il təvəllüdlü Ruslan Sorokinlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sumqayıt"la AZAL-ın əvəzedici komandaları fevralın 14-də saat 13:00-da "Kapital Bank Arena"da üzə-üzə gələcək.
