13 fevral 2015 14:45
Subaşiç: Ümid edirəm ki, Kamrana qol vuracağam
Azərbaycan yığmasının sabiq hücumçusu, "Manisaspor"da çıxış edən Branimir Subaşiç Türkiyə PTT 1-ci Liqasının 20-ci turu çərçivəsində Kamran Ağayevli "Kayserispor"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kamran yaxşı qapıçıdır. O, bunu dəfələrlə isbatlayıb. Ağayevə Kayseridə uğurlar arzulayıram. Bizi maraqlı qarşılaşma gözləyir. Ümid edirəm ki, mən ona qol vuracağam. Kamranın da digər epizodlarda qola imkan verməyəcəyinə ümidliyəm".
