12 fevral 2015 19:30
Aqil Məmmədov: Qəbələdə qələbə qazanacağımıza ümid edirəm
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Bizim üçün hər bir qarşılaşma böyük oyundur. Çünki çempionluğa oynayırıq. Əlbəttə, indiki vəziyyət bizim xeyrimizə deyil. Amma kim deyə bilər ki, 5-6 turdan sonra vəziyyət necə olacaq. Əgər qələbə qazanmağa davam etsək, yenidən çempionluğa əsas namizədlərdən biri ola bilərik. Qarşıda "Qəbələ" ilə heç də asan keçməyəcək oyun var. Qələbə qazanacağımıza ümid edirəm".
