12 fevral 2015 19:15
Branimir Subaşiç: Kubokda yolumuza davam etmək istəyirik
Azərbaycan yığmasının sabiq hücumçusu, Türkiyənin "Manisaspor" klubunda çıxış edən Branimir Subaşiç ölkə kubokunda "Tuzlaspor" üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox vacib qələbə qazandıq. Şadam ki, 1/4 final vəsiqə qazandıq. Qol vurmaq, qələbədə pay sahibi olmaq istəyirdim. Fikrimcə, komandama kömək edə bildim və növbəti mərhələyə adladıq. Görək, növbəti mərhələdə hansı komandaya rəqib olacağıq. Yolumuza davam etmək istəyirik".
