12 fevral 2015 14:00
Kamran Ağayev azarkeşə əlcək hədiyyə etməsindən danışdı
Türkiyənin "Kayserispor" klubunun azərbaycanlı qapıçısı Kamran Ağayev "Beşiktaş"la kubok oyunundan sonra ona yaxınlaşmaq istəyən azarkeşə əlcəklərini bağışlayıb. Azerisport.az saytına açıqlamasında o, həmin epizodla bağlı bunları söyləyib:
"İlk dəfə belə şeylə rastlaşırdım (gülür). Oyundan sonra azarkeşlərdən biri mənə tərəf qaçdı və əlcəklərimi ona bağışlamağımı xahiş etdi. Təhlükəsizlik xidmətinin əməkdaşları onu məndən uzaqlaşdırmağa çalışırdılar, amma buna icazə vermədim. Öz əlcəklərimi də çıxarıb ona verdim. Belə şeyləri görmək çox xoşdur. Başa düşürsən ki, meydana hədər yerə çıxmamısan".
