12 fevral 2015 13:45
Topaz Premyer Liqasında 22-ci turun oyunlarının başlama saatları
Topaz Premyer Liqasının 22-ci turun oyunlarının başlama saatları müəyyənləşib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə - fevralın 15-də baş tutacaq.
Tura saat 16:00-da başlayacaq "Sumqayıt" - AZAL oyunu ilə start veriləcək. Bir saat sonra "İnter" - "Bakı" oyunu başlayacaq.
Turun mərkəzi görüşləri isə saat 18:00-da start götürəcək. "Qəbələ" "Neftçi"ni, "Qarabağ" "Simurq"u qəbul edəcək.
