12 fevral 2015 11:45

Ağayev: Beşiktaşa qarşı oyunumla heç kimə nəyisə sübut etmək istəmirəm

Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi

- Türkiyə Kubokunda "Beşiktaş"a qarşı forma geyəcəyinizi bilirdiniz?
- Bəli, heyət oyundan bir gün öncə açıqlanmışdı. Fikrimcə, məni belə bir oyunda qapıya qoymaqları böyük bir iş idi. Çünki cəmi 10 gün idi komandayla birlikdəydim. Heç təlim-məşq toplanışlarında da iştirak etməmişdim.

- "Beşiktaş" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Vacib qələbə qazandıq. Ən əsası da buna layiq idik. Buradakı futbolun səviyyəsi bizim ölkədəkindən yüksəkdir. Mən buradakı atmosferi yığma komandamızın oyunlarındakı ab-hava ilə müqayisə edə bilərəm. Sevindiricidir ki, Türkiyə Super Liqasının liderinə qalib gəldik. Şadam ki, "Kayserispor" kimi komandada çıxış edirəm. Ola bilər ki, bu komanda hazırda 1-ci liqada çıxış edir, amma öz ənənələri var.

- Debütünüzü uğurlu saymaq olar?
- Qələbə qazandıq, qol buraxmadıq. Fikrimcə, hər şey normal alındı. Amma bu oyun artıq geridə qaldı. "Beşiktaş"a qarşı oyunumla heç kimə nəyisə sübut etmək istəmirdim və etməyəcəyəm. Həyat davam edir, inkişaf etməliyik.

- Növbəti mövsümdə komandanızı Super Liqada görə biləcəyik?
- "Kayserispor" liderdir və ümid edirəm ki, bu mövqeyini qoruyar. Mənim də Super Liqada oynamaq istəyim var.

- Azarkeşlərlə münasibətiniz necədir?
- Mənim Azərbaycanda da azarkeşlərlə münasibətim yaxşı idi. Daha konkret olaraq kimlərisə söymək üçün stadiona gələn bir qrup fanatlarla yox. "Xəzər Lənkəran", "Bakı" və "Qəbələ" azarkeşlərini heç vaxt unutmayacağam. Kayseriyə gəlincə, burada ölkəmizi təmsil edirəm. Münasibətlərimiz də yaxşıdır. Burada futbolu sevirlər, futbolla yaşayırlar.

- Komandada rəqabət necədir?
- Belə ciddi klublarda rəqabətdən qaçmaq mümkün deyil. Kifayət qədər yaxşı qapıçılar var. Kim daha yaxşı hazırlıqlıdırsa, o da oynayacaq. Hazır olmaq lazımdır. Amma uyğunlaşmaq üçün vaxt lazımdır.

- Sizi komandada necə qarşıladılar?
- Əla. Elə təəssürat var ki, mən uzun müddətdir burada çıxış edirəm. Mənə böyük hörmət göstərirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.