12 fevral 2015 11:30
Rahid Əmirquliyev: Neftçidən daha yaxşı oynadıq
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim fikrimcə, biz "Neftçi"dən daha yaxşı oynadıq. Nəzərə almaq lazımdır ki, bizdə gənc və təcrübəsiz futbolçular çoxdur. Ələ düşən qol vəziyyətlərindən yararlana bilməməyimizdə də məhz futbolçularımızın təcrübəsinin azlığı öz rolunu oynadı. Onların öz üzərində daha çox çalışması lazımdır".
