12 fevral 2015 00:20
Nikolas Kanales: Qolu kimin vurmasının önəmi yoxdur
"Neftçi"nin hücumçusu Nikolas Kanales Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Bu gün vacib bir qələbəyə imza atdıq. Hər şeydən razı qaldığımı deyə bilərəm. Qolları kimin vurmasının önəmi yoxdur, əsas odur ki, qələbə qazandıq. Bu qələbə bizə növbəti oyunlarda özünəinam qazandıracaq".
