12 fevral 2015 00:10

Məsimov: Qarabağın qalib gəlməsi bizim üçün pis olsa da, onlarla hələ iki oyunumuz var

"Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan sonra jurnalistlər üçün brifinq keçirib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Öncə oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Bu oyun bizim üçün çox vacib, hətta deyərdim həlledici idi. Qış fasiləsindən sonrakı oyunlarda qələbə qazana bilmirdik. Bu gün qələbə qazandıq. Psixoloji cəhətdən bu qələbənin komandamıza faydası böyük olacaq.

- Bundan sonrakı oyunlarda "Neftçi"də hər şeyin qaydasında olacağını gözləmək olar?
- Məşqlərdə çalışırıq ki, hər şey qaydasında olsun. Artıq əvvəlki inamı qaytarmış olduq.

- "Neftçi"nin zirvəni ələ keçirməsi nə dərəcədə inandırıcıdır?
- Biz hələ 100 faiz hazır deyilik ki, liderlik uğrunda mübarizə aparq. Xal fərqi kifayət qədər böyükdür. İndicə öyrəndim ki, "Qarabağ" da qalib gəlib. Bu, bizim üçün pisdir. Amma qarşıda onlarla da iki oyunumuz var və liderə çatmağa çalışacağıq. Güzəştə getməyəcəyik.

- Sizə elə gəlmir ki, qələbəyə baxmayaraq, "Neftçi" zəif oynadı?
- Bu gün uşaqlarda həyacan hiss olunurdu və bir qədər yaxşı formada deyildilər. Amma bu qələbədən sonra daha da irəli getməyə çalışacağıq.

- Siz qol vurduqdan sonra niyə ehtiyat oyunçular skamyasına qaçıb orada əyləşdiniz?
- Mən ehtiyat oyunçular skamyasında çox vaxt keçirmişəm və qoldan sonra da bir qədər özümü itirdim. Buna görə də ehtiyat oyunçular skamyasında oturmağa getdim.

- Ola bilər ki, bununla siz baş məşqçiyə onu ehtiyatda oturtmasına etirazınızı bildirirdiniz?
- Xeyr, mənim vəzifəm meydana çıxıb öz oyunumu sərgiləməkdir. Əsas heyətdə çıxmağa layiq olduğumu öz oyunumla göstərə bilərəm.

- "Qəbələ" ilə növbəti oyunda sizi əsas heyətdə gözləyək?
- Buna baş məşqçi qərar verir. Məşqlərdə çalışacağam ki, baş məşqçinin etimadını qazanım və məni əsas heyətdə meydana buraxsın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.