11 fevral 2015 21:52
Kamran Ağayev Beşiktaşa qarşı oynadı, komandası mərhələ adladı
Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası öz meydanında Super Liqa təmsilçisi "Beşiktaş"la qarşılaşıb. Matç Kayseri klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
Ağayev bu oyunda yeni komandasında debüt edib. Belə ki, o, qarşılaşmanın start heyətində yer alıb. Sonadək oynayan futbolçumuz komandasının 1/4 final mərhələsinə çıxmasına yardımçı olub. Millimizin üzvü 90+1-ci dəqiqədə vaxtı uzatdığına görə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
