11 fevral 2015 18:30
Elbrus Məmmədov: Diqqətsizlikdən məğlub olduq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Böyük oyun" maraqlı alındı. Təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduq. Rəqib haqqında heç nə demək istəməzdim. Sadəcə, onları təbrik edirəm. Biz isə növbəti oyunlara ciddi hazırlaşmalıyıq".
