11 fevral 2015 18:05
Qurban Qurbanov: Bir xal qazansaydıq belə, bundan razı qalacaqdım
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün canlı şahidi olduq ki, AZAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb. AZAL çox döyüşkən komandadır və bizə çətinlik yaratdı. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AZAL ən azından avrokuboklarda iştirak etsin”.
