Robert Prosineçki: Yerli futbolçulardan ibarət yeni komanda formalaşdırmağa çalışacağıq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki azerisport.az saytına mini-müsahibə verib.
- Qış fasiləsindən sonra ilk dəfə çempionat oyununa baxırsınız. Təəssüratlarınız?
- Antalyada klubların oyunlarını, məşqlərini izlədim və razı qaldım. Fasilədən sonrakı ilk oyuna gəlincə, yığmaya dəvət olunacaq futbolçulardan razıyam. Əgər ayrı-ayrı klubları götürsək, AZAL və "Simurq"un oyununu qeyd edərdim. Bu komandaların oyununu sürpriz hesab edirəm.
- Yığmamız hələ də fevral toplanışı üçün özünə rəqib tapmayıb...
- Mənə sabah bu barədə dəqiq məlumat verəcəklərini deyiblər.
- Millidə yeni milliləşmiş futbolçu görə bilərik?
- Fikrimcə, əcnəbi futbolçuları milliləşdirməyə dəyməz. Biz azərbaycanlı futbolçulardan ibarət yeni komanda yaratmağa çalışacağıq.
