11 fevral 2015 16:00
Azərbaycan yığması 131-ci pilləyə yüksələcək
Azərbaycan yığması FİFA-nın yeni reytinq siyahısında irəliləyəcək. Azerisport.az xəbər verir ki, fevral ayı üçün sabah açıqlanacaq cədvəldə millimiz 131-ci pillədə qərarlaşacaq.
7 xallıq artıma malik olacaq millimizin hesabında 222 bal olacaq.
