Ağasəlim Mircavadov: Böyük oyunda əvvəlki intriqa yoxdur
Məşqçilər Şurasının üzvü Ağasəlim Mircavadov milli çempionatda keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda bu görüşün intriqası çox azdır. Cənublular iddiasından əl çəkib. "Neftçi" son turlar xal itirir. Hər iki komanda ideal vəziyyətdan uzaqdır. Sözsüz azarkeşlər üçün bu komandaların duelinə baxmaq maraqlıdır. Lakin etiraf edək ki, əvvəlki intriqa yoxdur. Ajiotaj hiss olunmur. Çünki, hazırda bu komandalar turnir cədvəlinin yuxarılarında qərarlaşmayıb. Fikrimcə oyun maraqlı olacaq, sadəcə qüvvələr nisbəti bərabər deyil. "Xəzər Lənkəran" gənc heyətlə oynayacaq. Buna görə "Neftçi" bu şansdan istifadə edə bilər. Digər tərəfdən belə oyunlar hər iki komanda üçün çətindir".
