11 fevral 2015 13:45
"Araz Naxçıvanda özümü yaxşı tərəfdən göstərib, İliçevetsə keçdim"
"Araz Naxçıvan"ın sabiq müdafiəçisi Ruslan Zubkov Azərbaycandakı karyerasını yada salıb. Azerisport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
"İlyarım öncə mənə Azərbaycanda oynamaq təklifi gəldi və mən bunu seçdim. "Araz Naxçıvan"la 1-ci divizionun qalibi olduq və Premyer Liqaya yüksəldik. Elitada komandamızın işləri elə də yaxşı getmədi. Amma görünür özümü yaxşı tərəfdən göstərə bildiyimə görə "İliçevets"dən dəvət aldım. Bu, 2014-cü ilin sonunda gerçəkləşdi".
