11 fevral 2015 12:15
Tərlan Əhmədov: Qarabağı da məğlub etməyə çalışacağıq
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" ilə oyundan sonra bərpa üçün çox az vaxt var idi. Komandanı maksimum bu oyuna hazır vəziyyətə gətirməyə çalışdıq. Heyətdə itkilər var. Amma bunlar bizim üçün problem ola bilməz. Çünki elə heyətimiz var ki, hər bir oyunçunu layiqincə əvəzləyə bilərik. Maraqlı oyun gözləyirəm. "Neftçi" və "Qəbələ"ni məğlub etdik. Bu görüşdə də belə bir uğura imza atmaq istəyirik. Meydana 3 xal üçün çıxacağıq".
