11 fevral 2015 11:45
Atletiko yeni titul sponsoru axtarır
İspaniyanın "Atletiko" klubu yeni titul sponsoru axtarışına başlayıb. Azerisport.az xəbər verir ki, madridlilərin "Land of fire Azerbaijan" reklamı ilə bağlı müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
Bu üzdən də "Atletiko" rəhbərliyi indidən yeni titul sponsoru ilə bağlı axtarışlara start verib. Madridlilərin bir neçə varianta baxdığı bildirilir.
İstisna deyil ki, "Atletiko" növbəti mövsümdən Türkiyənin "Turkish Airlines" şirkəti ilə müqavilə bağlasın. Çünki hazırda tərəflər arasında bununla bağlı danışıqlar gedir.
