11 fevral 2015 00:15
Neftçalanın qapıçısı meydanın mərkəzindən buraxdığı qoldan danışdı
"Neftçala"nın qapıçısı Novruz Rəhimov Türkiyə toplanışı zamanı qarşılaşdıqları Polşa "Yaqelloniya"sı ilə yoxlama oyununda meydanın mərkəzindən buraxdığı qoldan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Belə hadisə hər bir qapıçının başına gələ bilər. Əlbəttə, qolda mənim günahım vardı. Mən çox irəli çıxmışdım. Səviyyə fərqi sözünü dedi. Polşa klubunun oyunçusu ani və gözlənilməz qərar verdi, mən isə artıq topu qaytara bilməzdim".
