10 fevral 2015 20:00
Samir Əliyev: Neftçi Xəzər Lənkərana qalib gələcək
Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev sabah Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Neftçi" "Xəzər Lənkəran"ı məğlub edəcək. Bakılılar artıq iki matçdır qələbə qazana bilmirlər. Əlbəttə, "Xəzər Lənkəran"ı məğlub etmək asan olmayacaq. Amma bakılılar 3 xalı qazanacaqlar. AZAL - "Qarabağ" matçında üstünlüyü ağdamlılara verirəm. Sensasiya olmayacaq. Daha təcrübəli "Qarabağ" qalib gələcək. "Bakı" - "Sumqayıt" matçının qalibini proqnozlaşdırmaq çətindir. Hər iki tərəf qalib gələ bilər. İstisna deyil ki, heç-heçə qeydə alınsın".
