10 fevral 2015 17:50
Bakı yarımmüdafiəçisini Neftçiyə buraxmadı
"Bakı"nın yarımmüdafiəçisi Mahir Mədətov karyerasını "Neftçi"də davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" onun xidmətində maraqlı olsa da, bu transfer baş tutmayıb.
Belə ki, "zolaqlılar" futbolçunu ən azı mövsümün sonunadək heyətdə saxlamağa qərar veriblər.
